Главная > Dünya / Manset > Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi


3-11-2021, 15:32. Разместил: admin
Azərbaycanda cinayət törətmiş şəxs Ukraynada tutulub.

Baş Prokurorluqdan "Azadsəs"ə verilən məlumata görə, Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində cinayəti törətmiş şəxs ekstradisiya edilib.
Gəncə Şəhər Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cabbarov Seymur İbrahim oğlunun – öz qulluq mövqeyindən istifadə edərək təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.

Seymur Cabbarov barəsində beynəlxalq axtarış elan edilib. O, ötən gün ekstradisiya edilib.
Вернуться назад