Главная > Dünya > İlon Mask aclıq probleminə görə BMT-yə dəvət edildi

İlon Mask aclıq probleminə görə BMT-yə dəvət edildi


3-11-2021, 12:23. Разместил: admin
BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Xan Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun “Space X”in rəhbəri İlon Maskla görüşmək təklifinin qüvvədə qaldığını deyib.

“Azasəs” “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl Proqramın icraçı direktoru Devid Bizli Maskın aclıq probleminin həllində köməyini müzakirə etmək üçün görüş keçirməyi təklif etmişdi. O, iş adamını “fəlakətin” qarşısını almaq üçün aclıqla mübarizəyə vəsait ayırmağa çağırıb. CNN-in məlumatına görə, insanları aclıqdan xilas etmək üçün Maskın sərvətinin yalnız 2%-i lazımdır ki, bu da hazırda təxminən 289 milyard dollardır. Öz növbəsində Mask bildirib ki, əgər 6 milyard dollar həqiqətən dünyada aclıq problemini həll edə bilsə, o, “Tesla”nın səhmlərini elə indi satmağa hazırdır.
Bizli isə KİV-in yanıldığını, 6 milyard dolların dünyada aclıq problemini həll etmək üçün kifayət etmədiyini, lakin bu məbləğin hazırda aclıq astanasında olan 42 milyon insanı xilas edə biləcəyini deyib. O qeyd edib ki, Mask razılaşarsa, qlobal aclıq problemini müzakirə etmək üçün təyyarə ilə onun yanına uçmağa hazırdır.

Həmçinin oxuyun: İlon Mask “Tesla”nın səhmlərini satmağa hazırdır - Şərtini açıqladı
Вернуться назад