Главная > Dünya > Aİ meşələrin qorunmasına bir milyard avro ayırdı

Aİ meşələrin qorunmasına bir milyard avro ayırdı


3-11-2021, 11:37. Разместил: admin
Avropa Komissiyası meşələrin qorunması üzrə qlobal təşəbbüsə 1 milyard avro ayrıldığını elan edib.

“Azasəs” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin Qlazqoda keçirilən 26-cı Konfransında (COP26) çıxış edərkən bildirib.

“Mən Avropa Komissiyasının meşələrin mühafizəsi üzrə qlobal təşəbbüsü üçün 1 milyard avro ayıracağını elan etməkdən məmnunam”, - deyə o bildirib.
O qeyd edib ki, Avropa Komissiyası tezliklə Aİ-nin meşələrin qırılmasına təsiri məhdudlaşdırmalı olan direktiv təqdim edəcək.

“Aİ bazarlarına daxil olan məhsullar meşələrin qırılmasına səbəb olmamalıdır”, - deyə o vurğulayıb.
Вернуться назад