Главная > Dünya > BMT Əfqanıstana humanitar yardım göndərməyə başladı

BMT Əfqanıstana humanitar yardım göndərməyə başladı


3-11-2021, 10:22. Разместил: admin
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı qışın yaxınlaşması ilə həyat şərtlərinin çətinləşdiyi Əfqanıstana humanitar yardım çatdırmağa başlayıb.

“Azadsəs” xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Şabia Mantu açıqlayıb.

O qeyd edib ki, yüklər hava nəqliyyatı ilə çatdırılır.

“Mülki şəxslərə çatdırılması üçün 33 ton yük Ali Komissarlığın təyyarəsinə yüklənərək, BƏƏ-dən Kabilə göndərilib”.

Matu bildirib ki, yüklərin qalanı noyabrın 4 və 7-də çatdırılacaq.
Вернуться назад