Главная > Dünya / İqtisadiyyat > Gürcüstanda yanacağın qiyməti bahalaşdı
Gürcüstanda yanacağın qiyməti bahalaşdı2-11-2021, 10:22. Разместил: admin |
Gürcüstanda son günlər bütün yanacaq növlərinin qiymətlərində artım qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, hazırda Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 2,94 laridən 3,17 lariyədək dəyişir. On gün bundan əvvəl “Regular 92” markalı benzinin orta qiyməti 2,82 lari olub. Bu gün isə bu növ benzin 2,94 lariyə satılıb. “Super” markalı benzin isə əvvəllər 3,10 lariyə təklif edildiyi halda indi avtomobil sahiblərinə 3,17 lariyə satılır. Ölkədə maye qazın (LPG) qiyməti də artıb. Əvvəlcə 1,9 lariyə satılan LPG indi 2 lariyə bərabərdir. Вернуться назад |