Главная > Dünya > ÜST rəhbəri yeni qarşısıalınmaz virusla bağlı xəbərdarlıq etdi

ÜST rəhbəri yeni qarşısıalınmaz virusla bağlı xəbərdarlıq etdi


30-10-2021, 09:00. Разместил: admin
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus yeni qarşısıalınmaz virus barədə xəbərdarlıq edib.

“Bioloji nöqteyi-nəzərdən, nə vaxtsa bizim qarşısını ala bilməyəcəyimiz başqa bir virusun yayılacağı dəqiqdir”, - deyə o, G20 ölkələrinin səhiyyə və maliyyə nazirləri ilə görüşü zamanı bəyan edib.

ÜST rəhbəri bildirib ki, növbəti pandemiyaya hazırlaşmaq üçün indiki pandemiyadan dərs almaq lazımdır.

Qebreyesusun sözlərinə görə, qlobal birliyin “gücləndirilmiş” ÜST-ə, pandemiya ilə mübarizənin təmini üçün yeni maliyyə mexanizminə, həmçinin səhiyyə sferasında təhlükələrlə mübarizənin maliyyələşməsi üzrə yeni şuranın yaradılması ilə daha təsirli idarəetməyə ehtiyacı var.
Вернуться назад