Главная > Dünya / Manset > Çinli qızın riyazi savadsızlığı atasını “dəli” etdi

Çinli qızın riyazi savadsızlığı atasını “dəli” etdi


14-10-2021, 15:21. Разместил: azadses
Çində məktəb şagirdi olan qızının riyaziyyat biliklərinin zəif olması atasına çox pis təsir edib. Kişi bir anlıq ağlını itirərək evdən küçəyə qaçıb. O, arxası üstə avtomobil yolunun ortasına uzanaraq ağlamağa başlayıb.

Tezliklə əraziyə gələn polis əməkdaşları müəyyən ediblər ki, atanın azyaşlı qızı 800-dən 700 çıxaraq 900 cavabını əldə edib ki, bu da kişini özündən çıxarıb. O, asayiş keşikçilərindən həbs olunmasını tələb edib və evinə geri dönmək istəmədiyini bildirib.

Bir müddət sonra polislər kəskin psixoloji sarsıntı keçirmiş atanı fikrindən döndərməyi və evinə qaytarmağı bacarıblar.

Mənbə: “Penpay”


Вернуться назад