Главная > Dünya / Manset > Castin Trüdo: “40 min əfqanı qəbul etməyə hazırıq”

Castin Trüdo: “40 min əfqanı qəbul etməyə hazırıq”


14-10-2021, 12:58. Разместил: azadses
Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin Əfqanıstandan 40 min qaçqını qəbul etməyə hazır olduğunu bildirib.

“Digər ölkələri də qaçqınları təhlükəsiz yerləşdirmək üçün dəstəyini artırmağa çağırırıq”, - Castin Trüdo qeyd edib.

Kanadanın Baş naziri öz səhifəsində qaçqınların qəbuluna dair dövlət sənədini də yerləşdirib.

Sənəddə Kanadanın humanitar proqramlarına daxil olan şərtlər barədə məlumat verilir.

Mənbə: Castin Trüdonun “Twitter” səhifəsi


Вернуться назад