Главная > Dünya / Manset > Çexiyada parlament seçkiləri: Müxalif koalisiya baş nazirin partiyasını geridə qoydu
Çexiyada parlament seçkiləri: Müxalif koalisiya baş nazirin partiyasını geridə qoydu10-10-2021, 13:20. Разместил: azadses |
Çexiyada keçirilən parlament seçkilərində “Birlikdə” koalisiyası baş nazir Andrey Babiş rəhbərlik etdiyi ANO (Narazı Vətəndaşlar Aksiyası) siyasi hərəkatından daha çox səs toplamağı bacarıb. Səslərin 99,97 faizinin sayılmasından sonra “Birlikdə” koalisiyası 27.78%, ANO isə 27,13% səs toplayıb. Üçüncü yerdə Pirat Partiyası və “Başlar və müstəqillər” Partiyalarının daxil olduğu koalisiya (15,6 faiz), dördüncü yerdə isə “Azadlıq və birbaşa demokratiya” Partiyası (9,56 faiz) qərarlaşıb. Digər partiyalar beş faizlik həddi keçə bilməyib. Səsvermənin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında baş nazir Andrey Babiş ANO-nun məğlub olduğunu qəbul edib. Mənbə: Novaya Gazeta Вернуться назад |