Главная > Dünya / Manset > İŞİD cümə günü məsciddə törədilən dəhşətli partlayışı öz üzərinə götürüb
İŞİD cümə günü məsciddə törədilən dəhşətli partlayışı öz üzərinə götürüb9-10-2021, 10:06. Разместил: azadses |
İŞİD terror təşkilatı bu gün Əfqanıstanın Qunduz vilayətinin Bəndər şəhərində məsciddə törədilən dəhşətli partlayışı öz üzərinə götürüb. “Agence France-Presse” bu barədə qruplaşmanın yaydığı açıqlmaya istinadən xəbər verir. İŞİD qruplaşmasının üzvləri bildiriblər ki, Seyid-Abad məscidindəki partlayış intiharçı tərəfindən törədilib. Qeyd edək ki, bu gün Əfqanıstanın şimalındakı Qunduz əyalətində Seyid Abad məscidində cümə namazında güclü partlayış nəticəsində 100-ə yaxın insan ölüb, xeyli sayda insan yaralanıb. Вернуться назад |