Главная > Dünya / Manset > 12 ölkədən Aİ-yə MÜRACİƏT
12 ölkədən Aİ-yə MÜRACİƏT9-10-2021, 09:15. Разместил: azadses |
Yunanıstan, Avstriya, Macarıstan, Bolqarıstan, Çex Respublikası, Danimarka, Estoniya, Litva, Latviya, Cənubi Kipr, Slovakiya və Polşanın daxili işlər və ya immiqrasiyasından məsul olan nazirləri Avropa İttifaqı Komissiyasına birgə məktub ünvanlayıblar. Aİ-yə üzv 12 dövlətin nazirləri mühacirlərə qarşı sərhədlərin “fiziki maneələrlə” gücləndirilməsi tələb ediblər. Məktubda Avropanın mövcud hüquqi çərçivəni yeni reallıqlara uyğunlaşdırmasının lazım olduğu bildirilib. Ən çox sığınacaq müraciəti alan Fransa, Almaniya və İspaniya məktubu imzalamayıblar. Mənbə: “Anadolu” agentliyi Вернуться назад |