Главная > Dünya / Manset > Vəkil: “Mixail Saakaşvilinin durumu pisləşir”
Vəkil: “Mixail Saakaşvilinin durumu pisləşir”8-10-2021, 19:17. Разместил: azadses |
“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili artıq 8-ci gündür aclıq edir və onun fiziki durumu getdikcə pisləşir”. “Report”un yerli bürosu xəbər verir ki, bunu M.Saakaşvilinin vəkili Beka Basilaya jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ailə üzvləri sabiq dövlət başçısı ilə bazar ertəsi görüşə biləcəklər. Qeyd edək ki, eks-prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası keçirir. O, aksiyanı dayandırmayacağını bildirib. M.Saakaşvilinin atası Nikoloz Saakaşvili bu gün oğluna müraciət ünvanlayıb və onu aclığı dayandırmağa çağırıb. Вернуться назад |