Главная > Dünya / Manset > İran XİN müavini Ankarada: Qafqazda sülhün bərqərar olması diqqət mərkəzində

İran XİN müavini Ankarada: Qafqazda sülhün bərqərar olması diqqət mərkəzində


8-10-2021, 16:58. Разместил: azadses
İranın xarici işlər nazirinin (XİN) müavini Əli Bağeri Keninin başçılığı ilə nümayəndə heyəti Türkiyəyə rəsmi səfərə gedib.

İran rəsmilərini Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş qəbul edib.

Görüş çərçivəsində siyasi, ticari və mədəni əlaqələrin inkişafı ilə yanaşı, Əfqanıstanda sabitlik, bölgə ölkələri arasında əməkdaşlıq və Qafqazda sülhün bərqərar olması kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, dünən Türkiyə ilə İran arasında iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin başçılığı altında siyasi müzakirələrin aparılacağı barədə xəbər yayılmışdı.

Mənbə: “TRT Haber”


Вернуться назад