Главная > Dünya / Manset > BMT-nin Baş katibi: “Səkkiz milyard dollara ehtiyac var”
BMT-nin Baş katibi: “Səkkiz milyard dollara ehtiyac var”8-10-2021, 07:56. Разместил: azadses |
BMT-nin Baş katibi Antonio Qutyerreş dünya əhalisinin 40 faizini ilin sonuna qədər koronavirusa qarşı peyvənd etdirmək üçün əlavə səkkiz milyard dollara ehtiyac olduğunu bildirib. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə qlobal vaksinasiya strategiyasını təqdim edib. Antonio Qutyerreşin sözlərinə görə, ÜST-ün hazırladığı plana əsasən 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, 2022-ci ilin ortalarına qədər isə 70 faizini vaksinasiyadan keçirmək nəzərdə tutulur. “Bu planın müvəffəqiyyəti dünyda peyvəndlərin ədalətli paylanmasından asılıdır. Əlaqələndirilmiş və ədalətli bir yanaşma olmasa, ölkələrdə xəstəliyə yoluxanların sayının azalması davamlı proses olmayacaq. Hamının xeyri üçün vaksinasiyanın bütün ölkələri əhatə etməsinə çalışmalıyıq”, - deyə Antonio Qutyerreş vurğulayıb. Mənbə: TASS Вернуться назад |