Главная > Dünya / Manset > Əfqanıstanda mədrəsədə partlayış: Yaralılar var

Əfqanıstanda mədrəsədə partlayış: Yaralılar var


7-10-2021, 15:10. Разместил: azadses
Əfqanıstanın şərqindəki Xost əyalətində mədrəsədə baş verən partlayış nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb, 15 nəfərdən artıq insan yaralanıb.

Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dini məktəbdə əl bombası partladılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl də Kabildə İdgah məscidi yaxınlığında partlayış baş verib. Faciə nəticəsində 12 nəfər ölüb, 32 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Mənbə: “RİA Novosti”


Вернуться назад