Главная > Dünya / Manset > Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib

Yaponiyada 6,1 bal gücündə zəlzələ baş verib


6-10-2021, 11:11. Разместил: azadses
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Yaponiyanın ən böyük adası olan Honsünun şərq sahillərində güclü zəlzələnin qeydə alındığını açıqlayıb.

Zəlzələnin maqnitudası 6,1 qiymətləndirilir.

Zəlzələnin episentri Xatinoxe şəhərindən 67 kilometr cənub-şərqdə yerləşir.

Hələlik Yaponiya hökuməti dağıntılar barədə məlumat verməyib.

Həmçinin sunami təhlükəsi elan edilməyib.

Mənbə: TASS


Вернуться назад