Главная > Dünya / Manset > İsrail rəsmi Tehranı iş adamlarına qarşı sui-qəsd hazırlamaqda ittiham edib
İsrail rəsmi Tehranı iş adamlarına qarşı sui-qəsd hazırlamaqda ittiham edib5-10-2021, 12:31. Разместил: azadses |
İsrailin Baş naziri Naftali Bennetin mətbuat ilə əlaqələr üzrə müşaviri İranı Kiprdə yaşayan israilli iş adamlarına sui-qəsd hazırlamaqda ittiham edib. Xatırladaq ki, İsrail mətbuatı Kipr mənbələrinə istinadən xəbər yayıb ki, israilli milyarder Teddi Saqiyə sui-qəsd edilib, lakin milyarder ölümdən son anda qurtula bilib. İsrailin Baş nazirinin sözçüsü isə israilin təhlükəsizlik orqanlarına istinadən bildirib ki, İran Kiprdə yaşayan israilli iş adamlarına qarşı terror aktı törətməyə cəhd göstərib. Qeyd edək ki, Teddi Saqi İsrail əsilli kiprli biznesmendir. Onun şəxsi kapitalı 5,6 milyard dollar dəyərində qiymətləndirilir. Saqi İsrailin dörd ən zəngin adamından biridir. Mənbə: TASS Вернуться назад |