Главная > Dünya / Manset > Sərhəd qonşumuzda yarasalarda koronaviruslar aşkarlanıb

Sərhəd qonşumuzda yarasalarda koronaviruslar aşkarlanıb


5-10-2021, 08:00. Разместил: azadses
Rusiyada yarasalarda koronavirusun bir çox variantları aşkarlanıb.

Bunu “Rospotrebnadzor” Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun genomika və post-genomik texnologiyalar qrupunun rəhbəri Anna Speranskaya deyib.

Mütəxəssis izah edib ki, təbiətdə SARS-CoV-2 ilə yanaşı digər koronaviruslar da var və bunlar Rusiyada yarasalarda tapılıb. Ancaq yoxlanılan yarasalarda SARS-CoV-2 variantı hələ ki, aşkar edilməyib.

Speranskaya bu yarasaların Rusiyanın bütün regionlarında rast gəlindiyini, ancaq onların az öyrənildiyini vurğulayıb.

Mənbə: “RİA Novosti”


Вернуться назад