Главная > Dünya / Manset > “Taliban” Çin, Pakistan və Tacikistanla sərhədə “intihar batalyonu” göndərdi

“Taliban” Çin, Pakistan və Tacikistanla sərhədə “intihar batalyonu” göndərdi


3-10-2021, 16:42. Разместил: azadses
“Taliban” sərhəd bölgələrinə xüsusi “intihar batalyonu” göndərib.

Həmin qrup Bədəxşan bölgəsində yerləşəcək. Sözügedən dəstələrdən həmçinin Əfqanıstanın keçmiş hökumətinə sadiq qüvvələrlə mübarizədə istifadə olunacaq.

Batalyona “Ləşkər-e-Mənsuri”, yəni “Mənsurun ordusu” adı verilib.

Qeyd edək ki, “intihar batalyonu”nun göndərildiyi Bədəxşan bölgəsi Pakistan, Tacikistan və Çinlə sərhəddə yerləşir.

Mənbə: “Khaama Press”


Вернуться назад