Главная > Dünya / Manset > Rusiyanın həkim-infeksionisti pandemiyanın bitmə tarixini açıqlayıb

Rusiyanın həkim-infeksionisti pandemiyanın bitmə tarixini açıqlayıb


28-09-2021, 17:44. Разместил: azadses
Ruiyanın tanınmış həkim-infeksionisti Yevgeni Timakov COVID-19 pandemiyasının bitəcəyi tarixi açıqlayıb.

“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi xəbər verirb.

Onun sözlərinə görə, pandemiya azı daha 1 il davam edəcək.

Ekspert həmçinin qeyd edib ki, adi həyat tərzinə qayıdış barədə yalnız yoluxmanın yaz göstəricilərinin analizindən - COVID-19-un necə adaptasiya olunmasından və onun necə dəyişməsindən sonra danışmaq mümkün olacaq.

Dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarla yanaşı, Braziliya, Hindistan, Böyük Britaniya, Rusiya və digər ölkələrdə COVID-19-a milyonlarla insan yoluxub.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Вернуться назад