Главная > Dünya / Manset > Əfqanıstan BMT Baş Assambleyasında çıxış etməkdən imtina etdi
Əfqanıstan BMT Baş Assambleyasında çıxış etməkdən imtina etdi28-09-2021, 11:59. Разместил: azadses |
Əfqanıstanın BMT yanında daimi nümayəndəliyi Baş Assambleyanın yüksək səviyyəli ümumi müzakirələrinin plenar iclaslarına qatılmayacağını bəyan edib. Bu barədə BMT Baş Assambleyası sədrinin nümayəndəsi Monika Qreyli məlumat yayıb. BMT rəsmisi bildirib ki, üzv ölkə Baş Assambleyanın İdarə Heyətini ümumi müzakirələrə qatılmaqdan imtina etmələri ilə bağlı məlumatlandırıb. Daha əvvəl isə Əfqanıstanın adı BMT Baş Assambleyası sessiyasının yüksək səviyyəli həftəsinin son günündə çıxış edən ölkələr siyahısından yoxa çıxmışdı. Mənbə: “RİA Novosti” Вернуться назад |