Главная > Dünya / Manset > ÜST: Son sutkada dünyada yüz minlərlə insanda koronavirus aşkarlanıb

ÜST: Son sutkada dünyada yüz minlərlə insanda koronavirus aşkarlanıb


26-09-2021, 13:33. Разместил: azadses
Dünyada koronavirus infeksiyasına 230 418 451 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, son bir gündə COVID-19-a daha 483 898 yoluxma aşkar olunub. Bununla yanaşı, COVID-19-dan ölənlərin sayı 4 724 876 nəfərə çatıb.

Qeyd edək ki, dünyada koronavirusa ən çox yoluxma və ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarla yanaşı, Braziliya, Hindistan, Böyük Britaniya, Rusiya və digər ölkələrdə COVID-19-a yüz minlərlə insan yoluxub.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Вернуться назад