Главная > Dünya / Manset > Merkel Baydenin vəzifəyə gəlməsindən sonra onunla danışmaqdan imtina edib

Merkel Baydenin vəzifəyə gəlməsindən sonra onunla danışmaqdan imtina edib


24-09-2021, 14:33. Разместил: azadses
Almaniya kansleri Angela Merkel Ağ Ev rəhbərinin andiçmə mərasimindən sonra onunla danışmaqdan imtina edib.

Yanvarın 20-də ABŞ Prezidenti kimi vəzifəsinə başlayan Co Bayden iki gün sonra ilk zəngini Angela Merkelə edib. Bununla o, Tramp dövrünün qeyri-sabitliyindən sonra transatlantik sabitliyə qayıdacağına işarə vurmaq istəyib.

Merkel ABŞ tərəfinin simvolik jestini yersiz adlandırıb. O, köməkçilərindən görüşü başqa bir günə təyin etmələrini istəyib və Berlin yaxınlığındakı bağ evinə istirahətə yollanıb.

Bundan sonra Bayden dövlət başçısı kimi ilk zəngini Kanadanın Baş naziri Castin Trüdoya etməli olub (yanarın 23-də).

Merkellə arzu olunan söhbəti isə yanvarın 25-i kansler işə qayıtdıqdan sonra baş tutub.

Mənbə: Wall Street Journal


Вернуться назад