Главная > Dünya / Manset > Rusiyada radarlardan itən hərbi təyyarənin qalıqları tapıldı

Rusiyada radarlardan itən hərbi təyyarənin qalıqları tapıldı


23-09-2021, 16:46. Разместил: azadses
Rusiyanın Xabarovsk diyarı yaxınlığında radarlardan itən “An-26” hərbi təyyarəsinin qalıqları tapılıb.

Xabarovskda yerləşən “Zapovednoye Priamurye” Dövlət Təbiət Qoruqları və Milli Parklar Birgə Direksiyasından da “An-26” tipli təyyarənin qalıqlarının tapılması ilə bağlı məlumatı təsdiqləyiblər.

Artıq axtarış və xilasetmə qrupunun hadisə yerinə yollandığı qeyd olunur.

Rusiya Fövqəladə Hallar Nazirliyinə əlavə ediblər ki, Xabarovsk yaxınlığında qəzaya uğrayan “An-26” təyyarəsinin ekipajının taleyi isə hələ də məlum deyil.

Xatırladaq ki, ötən gün Rusiyada “An-26” tipli hərbi təyyarə radarlardan itib. Təyyarənin göyərtəsində altı nəfər olub.


Вернуться назад