Главная > Dünya / Manset > Fransa ABŞ-la barışacaq?
Fransa ABŞ-la barışacaq?23-09-2021, 13:19. Разместил: azadses |
ABŞ prezidenti Co Baydenlə onun fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub. Dövlət rəhbərləri son günlərdə ölkələr arasında yaranmış gərginliyi müzakirə ediblər. Müzakirələrin yekunu olaraq, Fransanın Vaşinqtondakı səfirinin həftə ərzində ABŞ-a qayıtması və iki lider arasında oktyabrın sonunda görüşün keçirilməsi qərara alınıb. Qeyd edək ki, bir neçə gün öncə Avstraliya ABŞ və Britaniya ilə AUKUS ittifaqını yaradaraq, Fransadan hərbi sulatı qayıqlar almaqdan imtina etdiyini, onların əvəzində ABŞ sualtı qayıqlarını tərcih etdiyini bildirib. İnsident Fransa tərəfindən “müttəfiqlərin xəyanəti” kimi qiymətləndirilib və ölkənin ABŞ-dakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb. Mənbə: TASS Вернуться назад |