Главная > Dünya / Manset > Lukaşenko Polşa və Litva şəhərlərini Belarus torpağı adlandırdı

Lukaşenko Polşa və Litva şəhərlərini Belarus torpağı adlandırdı


18-09-2021, 08:37. Разместил: azadses
Belarus prezidenti Aleksandr Lukaşenko Polşanın Belostok və Litvanın paytaxtı Vilnüs şəhərlərinin Belarus torpağı olduğunu bəyan edib.

Bu barədə o, Xalq Həmrəyliyi Gününə həsr olunmuş forum zamanı bildirib.

“Biz heç onlara xatırlatmırıq ki, Belostok və Belostoççina, Vilno (Vilnüs – red.) və ətraf ərazilər Belarus torpağıdır. Biz heç bu barədə danışmırıq”, - deyə dövlət başçısı qeyd edib.

Mənbə: “RİA Novosti”


Вернуться назад