Главная > Dünya / Manset > “Taliban” Əfqanıstanda qadınların işləmək qaydalarını açıqladı
“Taliban” Əfqanıstanda qadınların işləmək qaydalarını açıqladı15-09-2021, 13:21. Разместил: azadses |
Əfqanıstanlı qadınlar kişilərlə birlikdə işləməməlidir. Bu barədə taliblərin yüksək rütbəli komandiri Vahidulla Haşimi bəyan edib. Beləliklə, Əfqanıstandakı qadınlar dövlət idarələrində, banklarda, mediada, əksər şirkətlərdə işləmək imkanından məhrum olacaq. Haşiminin sözlərinə görə, hərəkat Qərbin etirazına baxmayaraq şəriət və İslam qanunları ilə bağlı baxışlarını tam şəkildə yerinə yetirməyə qərar verib. “Zərif cinsin nümayəndələri yalnız kişilərin olmadığı yerdə işləyə biləcək”, - deyə o, bildirib. Haşimi, evdən kənarda qadınlarla kişi arasında əlaqələrin həkimə getmək kimi müəyyən şərtlərdə icazə veriləcəyini əlavə edib. “Əlbəttə ki, qadınlara ehtiyacımız var, məsələn, tibbdə, təhsildə. Onlar üçün ayrıca müəssisələrimiz, xəstəxanalarımız, bəlkə də universitetlərimiz, məktəblərimiz, mədrəsələrimiz olacaq”, - deyə o, əlavə edib. Mənbə: “Reuters” Вернуться назад |