Главная > Dünya / Manset > Əfqanıstan Rusiya və Türkiyədən aviareysləri qəbul edəcək

Əfqanıstan Rusiya və Türkiyədən aviareysləri qəbul edəcək


14-09-2021, 11:58. Разместил: azadses
Tezliklə Əfqanıstan Kabil hava limanda Rusiya və Türkiyədən təyyarələri qəbul edəcək. Bu barədə mülki aviasiya departamentinin direktoru Maulavi Abdul Hadi Hamdar bəyan edib.

“Son bir neçə gündə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qətər və Pakistandan uçuşlarımız olub, tezliklə Rusiya və Türkiyəyə reyslərə başlayacağıq”, - deyə Hamdar bildirib.

Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” sentyabrın 9 -dan respublikanın hava məkanını xarici təyyarələr üçün açıb.

Mənbə: “Sputnik”


Вернуться назад