Главная > Dünya / Manset > ABŞ sakini bir gecədə 20 illik yaddaşını itirdi
ABŞ sakini bir gecədə 20 illik yaddaşını itirdi13-09-2021, 07:59. Разместил: azadses |
36 yaşlı ABŞ sakini Deniel Porter səhər yuxudan oyanarkən dəhşətə gəlib. Harada olduğunu xatırlamayan şəxs yataqda naməlum qadının uzandlğını görüb. Texaslı kişi güzgüyə baxaraq özünün xeyli böyüdüyünü öyrənib. O, sonuncu dəfə 16 yaşının olduğunu xatırlayıb və məktəbə getməli olduğunu bildirib. Sonradan məlum olub ki, Deniel son 20 ilə aid yaddaşını itirib. Həkimlər bunu stresslə əlaqələndirib. Belə ki, o, son həftələrdə işini itirib, evini və bir çox əşyalarını sataraq valideynlərinin yanına köçməli olub. Mənbə: Ren TV Вернуться назад |