Главная > Dünya / Manset > ABŞ-da anım günləri elan olundu
ABŞ-da anım günləri elan olundu11-09-2021, 13:32. Разместил: azadses |
ABŞ prezidenti Co Bayden 11 sentyabr terrorunun 20-ci ildönümü ilə əlaqədar sərəncam imzalayıb. Sənədə əsasən, sentyabrın 10-12-i ölkədə anım günləri elan edilib. Bu münasibətlə bütün dövlət orqanları qarşısında dalğalanan dövlət bayraqları endirilib. Qeyd edək ki, 2001-ci il sentyabrın 11-də “Əl Qaidə” terrorçuları tərəfindən qaçırılan təyyarələrin Nyu-York şəhərindəki əkiz qüllələrə, eləcə də Pentaqonun binasına çırpılması nəticəsində 90 ölkənin vətəndaşı olan üç minə yaxın şəxs ölüb. Mənbə: TASS Вернуться назад |