Главная > Dünya / Manset > Avropa dövləti koronavirus qadağalarını tamamilə ləğv etdi
Avropa dövləti koronavirus qadağalarını tamamilə ləğv etdi11-09-2021, 11:59. Разместил: azadses |
Danimarka anti-COVID tədbirlərini tamamilə ləğv edən ilk Avropa ölkəsi oldu. COVID-19 infeksiyasını xüsusilə təhlükəli bir xəstəlik olaraq təyin edən tənzimləmə bu gün başa çatır. Bu qərarın ləğvi ilə yanaşı, məhdudiyyətlərin tədricən qaldırılması haqqında qərar da ləğv olunub. Həmin qərar oktyabrın 1-nə qədər qüvvədə qalacaqdı. İndi ölkə daxilində restoranlara, idman salonlarına və gecə klublarına girmək üçün artıq buraşılış icazəsi tələb olunmayacaq; uşaqlar COVID-19-a yoluxmuş şəxslə təmasda olduqdan sonra dərhal evə göndərilməyəcək. Karantin yalnız koronavirus xəstələri üçün keçərli olacaq. Sağlam vətəndaşlar ofislərə, uşaqlar isə məktəblərə qayıda biləcəklər. Mənbə: “Politico” Вернуться назад |