Главная > Dünya / Manset > Rusiyada “süd çayı” görənləri təəccübləndirdi

Rusiyada “süd çayı” görənləri təəccübləndirdi


11-09-2021, 10:14. Разместил: azadses
Rusiya Federasiyasının Buryatiya Respublikasının Zakamensk rayonunda süd kimi ağ rəngdə axan çay diqqət çəkib.

Cida çayı belə ekzotik rəngi qolu Mergen-Şanadan alıb.

Nəzarət orqanları bu qeyri-adi rənglə maraqlanıblar. Su nümunələri götürülüb.

Kənd yaşayış məntəqəsinin rəisi Dutulur Rinçin Dareyev nəticə əldə etməzdən əvvəl hadisəni izah edib. Dareyev deyib ki, çayın rəngi güclü yağışla əlaqəlidir:

“Mergen-Şana çayı həqiqətən ağ rəngdədir və bu qədimdən belədir. Yağış yağanda bu rəngi alır, uzun müddət yağış yağmadıqda rəngi dəyişir, amma dibi ağ olaraq qalır. Heyvanlar heç oradan su içmirlər”.

Mənbə: MK.ru


Вернуться назад