Главная > Dünya / Manset > “Facebook” yeni “ağıllı eynək”lərini təqdim etdi
“Facebook” yeni “ağıllı eynək”lərini təqdim etdi10-09-2021, 13:30. Разместил: azadses |
“Facebook” yeni “ağıllı eynək”lər seriyasını təqdim edib. Bu barədə şirkətin rəsmi saytından məlumat yayılıb. Eynəklər “EssilorLuxottica” və “Ray-Ban” ilə birgə hazırlanıb. “Ray-Ban Stories” adlanan texniki vasitə ilə foto və video çəkmək, mediafaylları paylaşmaq, musiqi dinləmək və zəng etmək mümkündür. Eynəklər foto və 30 saniyəlik video çəkməyə imkan verən 5 meqapiksellik kamera, mikrofon, eləcə də dinamiklə təchiz olunub. “Ağıllı eynək”lərin yeni seriyası 20 fərqli dizaynda satışa çıxarılıb. Onları onlayn şəkildə əldə etmək mümkündür. Eynəklərin qiyməti 299 dollardan başlayır. Mənbə: about.facebook.com Вернуться назад |