Главная > Dünya / Manset > Roma Papası məhbuslara 15 min ədəd dondurma payladı

Roma Papası məhbuslara 15 min ədəd dondurma payladı


9-09-2021, 13:12. Разместил: azadses
Roma Papası Fransisk şəhərdə yerləşən iki həbsxananın məhbuslarını desertə qonaq edib.

Bu barədə Vatikandakı Müqəddəs taxt-tacın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə Papa “Recina çeli” və “Rebibbia” həbsxanalarına 15 min ədəd dondurma göndərib.

Desertləri ünvanına isə xeyriyyəçilik xidmətinin rəhbəri olan kardinal Konrad Krayevski şəxsən çatdırıb.

Mənbə: “RİA Novosti”


Вернуться назад