Главная > Dünya / Manset > Əfqanıstan ordusunun ABŞ qüvvələri tərəfindən təlim keçmiş bəzi hərbçiləri “Taliban”a qoşulub
Əfqanıstan ordusunun ABŞ qüvvələri tərəfindən təlim keçmiş bəzi hərbçiləri “Taliban”a qoşulub9-09-2021, 09:58. Разместил: azadses |
Əfqanıstan Ordusunun Britaniya və ABŞ qüvvələri tərəfindən təlim keçilən bəzi hərbçiləri fərarilik ediblər və “Taliban”a qoşulublar. Britaniya ordusunun zabitləri “Taliban” yaraqlılarının son fotoşəkillərini təhlil etdikdən sonra bəzi döyüşçülərin Birləşmiş Krallıq və ABŞ-dan, eləcə də NATO ölkələrindən öyrəndikləri üsullardan istifadə etdiklərinə düşünürlər. Onların hərəkata müqavimət göstərən son əyalət Pəncşir vadisində qiyamçıların məğlubiyyətindən sonra “Taliban” tərəfinə keçdiyi güman edilir. Analitiklərin fikrincə hərbçiləri fərariliyə və “Taliban”a qoşulmağa sövq edən səbəblər arasında onların qrupla əvvəlki əlaqələri, iqtisadi faydaları və hətta şəxsi, ailə təhlükəsizliyi üstünlük təşkil edir. O da vurğulanır ki, Əfqanıstan hərbçilərinin “Taliban” tərəfində döyüşdüyünə dair heç bir rəsmi təsdiq yoxdur. Mənbə: “The Times” Вернуться назад |