Главная > Dünya / Manset > “Taliban” mitinqdə saxlanılan jurnalisti sərbəst buraxıb
“Taliban” mitinqdə saxlanılan jurnalisti sərbəst buraxıb8-09-2021, 09:03. Разместил: azadses |
Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının silahlıları Kabildə Pakistan əleyhinə nümayişdə saxlanılan yerli “TOLOnews” telekanalının operatoru Vahid Əhmədi sərbəst buraxıblar. Bu barədə “TOLOnews” telekanalının “Twitter” səhifəsində məlumat verilib. Qeyd olunur ki, “Taliban” üzvləri onu həbs edildikdən təxminən üç saat sonra azad edib. Xatırladaq ki, bu gün bir qrup əfqanıstanlı Pakistanın bu ölkədə yerləşən səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar qonşu dövləti Əfqanıstanın daxili işlərinə qarışmaqda günahlandırıblar. Aksiya “Taliban” silahlıları tərəfindən dağıdılıb. Silahlılar havaya atəş açıblar. Вернуться назад |