Главная > Dünya / Manset > Gürcüstan Konstitusiyasına dəyişikliklər edilib
Gürcüstan Konstitusiyasına dəyişikliklər edilib8-09-2021, 08:01. Разместил: azadses |
Gürcüstan parlamenti ölkə Konstitusiyasına bir sıra dəyişiklikləri nəzərədə tutan qanun layihəsini qəbul edib. Dəyişikliklərə əsasən, növbəti iki parlament seçkilərində keçid həddi 5%-dən 2%-dək endirilib. Bununla yanaşı, parlamentdə fraksiya yaratmaq üçün lazım olan deputat sayı 7 nəfərdən 4 nəfərədək azaldılıb. Qeyd edək ki, ölkənin ana qanununa dəyişikliklər aprelin 19-da hakim “Gürcü Arzusu” ilə müxalifət partiyaları arasında əldə olunan razılaşmanın tərkib hissəsidir. Mənbə: TASS Вернуться назад |