Главная > Dünya / Manset > Yunanıstanda İqlim Böhranı Nazirliyi yaradılıb

Yunanıstanda İqlim Böhranı Nazirliyi yaradılıb


7-09-2021, 09:56. Разместил: azadses
Yunanıstan hökuməti yeni İqlim Böhranı Nazirliyi yaratmağı qərara alıb.

Qərar bu yaxınlarda ölkədə genişmiqyaslı yanğınların müşahidə olunması fonunda qəbul edilib.

Naziliyə humanitar yardım və antiböhran tədbirləri üzrə keçmiş Avropa Komissarı Xristos Stilianides rəhbərlik edəcək. O, yanğın və digər təbii fəlakətlərə qarşı mübarizə, müvafiq hallarda yardım, həmçinin ölkənin iqlim dəyişikliyinə uyğunlaşması məsələrinə nəzarət edəcək.

Mənbə: “Associated Press”


Вернуться назад