Главная > Dünya / Manset > Çində yol-nəqliyyat hadisəsi nəticəsində 12 sərnişin həyatını itirib

Çində yol-nəqliyyat hadisəsi nəticəsində 12 sərnişin həyatını itirib


7-09-2021, 08:26. Разместил: azadses
Çinin şərqində yerləşən Anhoy əyalətində yük maşınının aşması nəticəsində 12 nəfər həyatını itirib.

Bu barədə “China Daily” qəzeti məlumat yayıb.

Qəza baş verən zaman maşında sürücü və 13 sərnişin olub.

Polisin məlumatına əsasən, 11 nəfər hadisə yerində, digəri bir nəfər sərnişin isə xəstəxanada ölüb.

Daha iki nəfər həkim nəzarətindədir, onların vəziyyətləri stabil qiymətləndirilir.

Hüquq-mühafizə orqanları qəzanın səbəblərini aydınlaşdırır.


Вернуться назад