Главная > Dünya / Manset > Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda ilk robokop xidmətə başlayıb


6-09-2021, 14:58. Разместил: azadses
Sinqapurda “Xavyer” adlı polis robotu xidmətə başlayıb.

O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub.

Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək.

“Xavyer” təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq.

O, ictimai yerlərdə siqaret çəkmək, qeyri-qanuni ticarət, piyada yollarında skuter sürmək kimi qayda pozuntularını qeydə alacaq. Robot müvafiq görüntüləri real vaxt rejmində birbaşa polis bölmələrinə ötürəcək.


Вернуться назад