Главная > Dünya / Manset > Fransada etirazçılar küçələrə axışdı
Fransada etirazçılar küçələrə axışdı5-09-2021, 09:45. Разместил: azadses |
Artıq səkkizinci şənbə günüdür ki, Fransa şəhərlərində COVID pasportu və koronavirusa qarşı məcburi peyvənd əleyhdarları etiraz aksiyalarına çıxırlar. Yüzlərlə insan koronavirus pasportlarının və məcburi vaksinasiyanın hüquqlarının pozulması kimi qəbul edərək küçələrə axışıblar. Parisdə etirazçılar Bastiliya meydanına doğru irəliləyirlər. Onları çox sayda polis müşaiyət edir. Yaxın günlərdə Fransada 200-dən çox etiraz aksiyası planlaşdırılır. Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlarda təxminən 170 min adam iştirak edəcək. Mənbə: TASS Вернуться назад |