Главная > Dünya / Manset > İspaniyanın keçmiş kralı barədə istintaqa başlanılıb
İspaniyanın keçmiş kralı barədə istintaqa başlanılıb4-09-2021, 14:31. Разместил: azadses |
Keçmiş İspaniya kralı Xuan Karlosa qarşı araşdırma aparan ölkənin Ali Məhkəmə Prokurorluğu məsələ ilə bağlı istintaqa başlayıb. 83 yaşlı Karlos çirkli pulların yuyulması, korrupsiya, şəxsi nüfuzundan istifadə kimi əməllərdə ittiham olunur. Prokurorluqdan verilən açıqlamaya görə, monarx iş adamı kimi fəaliyyət göstərərək, özünə sərvət toplamaqla məşğul olub. Qeyd edək ki, ittihamlar fonunda Xuan Karlos hələ avqustun 3-də İspaniyanı tərk edərək BƏƏ-yə yollanıb və hazırda orada yaşayır. Mənbə: “Haber Global” Вернуться назад |