Главная > Dünya / Manset > İsveçdə müsəlmanlara qarşı Qurani-Kərim təxribatı
İsveçdə müsəlmanlara qarşı Qurani-Kərim təxribatı4-09-2021, 13:42. Разместил: azadses |
İsveçin paytaxtı Stokholmda müsəlmanlara qarşı təxribatlar olub. İfrat sağçı siyasətçi Rasmus Paludan polisin müşayətilə şəhər məscidi qarşısına gələrək İslama qarşı çıxış edib. O, analoji nitqlərini müsəlmanların sıx yaşadığı şəhər məhəllələrində də davam etdirib. Çıxışlarından birində Paludan əlindəki Qurani-Kərimi yerə atıb. Onun sözləri və davranışları ətrafdakı insanların ciddi etirazına səbəb olub. Onlar heç bir müsəlman ölkəsində belə halların yaşanmadığını, bu cür təxribatçıların polis tərəfindən müdafiə olunmadığını bildiriblər. Mənbə: TRT Вернуться назад |