Главная > Dünya / Manset > Avropa İttifaqı öz ordusunu yaradır
Avropa İttifaqı öz ordusunu yaradır4-09-2021, 12:55. Разместил: azadses |
![]() Gündəmdəki məsələ İttifaqın öz hərbi qüvvəsini yaratması olub. İclasda iştirak edənlər Əfqanıstanda baş verən son hadisələrin bu ehtiyacı gündəmə gətirdiyini qeyd ediblər. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borell bildirib ki, Avropa hərbi qüvvəsinə ehtiyac indiyə kimi bu qədər özünü büruzə verməmişdi: “ABŞ daxil olmaq istəmədikdə Aİ maraqlarımızı qoruya bilmək üçün müdaxilə edə bilməlidir. Bunu açıq deyirəm. Aİ-yə üzv dövlətlər olaraq, lazımi şəkildə hərəkət edə bilmək üçün potensialımızı artırmalıyıq. Bunun alternativi yoxdur”. Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer isə qeyd edib ki, İttifaq Əfqanıstanda olanlardan dərs almalı və özünə aid hərbi qüvvə yaratmalıdır. İttifaqın özünün ordusunu yaratması və 2022-ci ildə təsdiq üçün təqdim etməsi planlaşdırılır. Qeyd edək ki, mövzu Aİ-də may ayında da gündəmə gəlmişdi. Mənbə: “Haber Global” Вернуться назад |