Главная > Dünya / Manset > Avstraliyalı cütlük lotereyada 20 milyon dollar uddu

Avstraliyalı cütlük lotereyada 20 milyon dollar uddu


3-09-2021, 14:41. Разместил: azadses
Avstraliya sakinləri olan ailə cütlüyü lotereyada 20 milyon Avstraliya dolları (təxminən 19 milyon manat) qazanıb.

Onlar xeyli müddət lotereya təşkilatçılarından gələn zəng və mesajları rədd edib, yalnız üçüncü cəhddə cavab verərək qalib olduqlarını öyrəniblər.

Qaliblər uğurlu bileti təsadüfən aldıqlarını, adətən lotereya oynamadıqlarını bildiriblər.

Onlar uduşlarını valideynlərinə və yaxınlarına xərcləyəcəklərini, həmçinin özlərinə ev alacaqlarını qeyd ediblər.

Mənbə: ABC


Вернуться назад