Главная > Dünya / Manset > “Pfizer” COVID həblərinin koronavirus xəstələri üzərində sınaqlarına başlayır
“Pfizer” COVID həblərinin koronavirus xəstələri üzərində sınaqlarına başlayır3-09-2021, 10:35. Разместил: azadses |
“Pfizer” əczaçılıq şirkəti COVID-19-a qarşı həblərin koronavirusa yoluxmuş xəstələr üzərində sınaqlarına başlayır. Şirkətdən verilən məlumata görə, bu, dərman vasitəsi sınaqlarının son mərhələsi olacaq. Testlər 1140 nəfər yetkinlik yaşına çatmış və xəstəxanaya yatırılmasına ehtiyac olmayan koronaviruslu şəxslər üzərində keçiriləcək. PF-07321332 indeksli həbləri COVID-in ilk əlamətləri müşahidə olunan zaman qəbul etmək lazımdır. Dərman koronavirusun çoxalaraq orqanizmdə yayılmasının qarşısını alır. Onun ilin sonunadək satışa çıxarılması gözlənilir. Mənbə: “Reuters” Вернуться назад |