Главная > Dünya / Manset > İkinci Dünya müharibəsinin başlanmasından 82 il ötür

İkinci Dünya müharibəsinin başlanmasından 82 il ötür


1-09-2021, 12:02. Разместил: azadses
Bu gün bəşər tarixinin ən böyük savaşı olan İkinci Dünya müharibəsinin başlanması ilə əlamətdardır.

70 milyondan çox insanın ölümü ilə nəticələnən müharibə 1939-cu ilin sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başlayıb.

Savaşda o zaman mövcud olan 74 dövlətdən 62-si iştirak edib. Dünya əhalisinin 80%-i bu və ya digər şəkildə müharibəyə cəlb olunub.

İkinci Dünya müharibəsi Avropa, Asiya və Afrikanı, eləcə də bütün okeanları əhatə edib və atom bombasının tətbiq edildiyi yeganə savaş olaraq tarixə düşüb. Məhz bundan sonra 1945-ci ilin sentyabrın 2-də dünya tarixinin ən qanlı müharibəsi başa çatıb və özündən sonra onilliklərlə sağalmayan yaralar buraxıb.


Вернуться назад