Главная > Dünya / Manset > “Taliban” nümayəndəsindən müsahibə alan əfqanıstanlı qadının aqibəti məlum oldu
“Taliban” nümayəndəsindən müsahibə alan əfqanıstanlı qadının aqibəti məlum oldu31-08-2021, 13:48. Разместил: azadses |
Əfqanıstanda nəzarəti ələ alan “Taliban”ın rəsmisi ilə müsahibə aparan və bütün dünyada gündəm olan Beheşta Arqand adlı əfqanıstanlı qadın özünü təhlükədə hiss edərək ölkədən çıxıb. “Ölkəni tərk etdim, çünki milyonlarla insan kimi mən də “Taliban”dan qorxuram”, - deyə o bildirib. Arqand deyib ki, “Taliban” verdiyi vədlərə əməl edərsə və vəziyyət düzələrsə, ölkəsinə qayıdacaq və xalqı üçün çalışacaq. Mənbə: CNN Вернуться назад |