Главная > Dünya / Manset > Qasırğa Missisipi çayının istiqamətini dəyişdi

Qasırğa Missisipi çayının istiqamətini dəyişdi


31-08-2021, 12:04. Разместил: azadses
ABŞ-da güclü “İda” qasırğası Luiziana ştatının Yeni Orlean şəhəri yaxınlığında Missisipi çayının istiqamətini dəyişdirməsinə səbəb olub.

Bu barədə ABŞ geoloji kəşfiyyat xidmətinin aparıcı hidroloqu Skott Perien açıqlayıb.

Mütəxəssis qeyd edib ki, bu qeyri-adi fövqəladə hadisə sürəti saatda 240 kilometrdən çox olan güclü küləklərlə, həmçinin Şimali Amerikanın ən böyük çayının axdığı Meksika Körfəzində fırtına axını ilə əlaqədardır.

“Çayın axını əks istiqamətdə saniyədə təxminən 2 futdan, saniyədə yarım futa qədər azalıb”, - deyə Perien izah edib.

Çayın dərinliyində heç bir sensor olmayan yerdə cərəyan normal olaraq qalıb.

Mənbə: CNN


Вернуться назад