Главная > Dünya / Manset > İranda 300 doza COVID-19 peyvəndi oğurlandı

İranda 300 doza COVID-19 peyvəndi oğurlandı


30-08-2021, 09:44. Разместил: azadses
Tehranda koronavirusa qarşı peyvəndləri daşıyan avtomobil hücuma məruz qalıb.

Nəqliyyat vasitəsi Səhiyyə Nazirliyinin Yaftabad bölgəsindəki anbarından yola çıxıb.

Hücum nəticəsində avtomobildən 300 doza vaksin oğurlanıb.

Məlumat Tehran polis idarəsi və İran Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.

Hazırda cinayətkarların tutulması üçün tədbirlər görülür.

Mənbə: TRT


Вернуться назад